Rusiya Bağdadinin gizləndiyi yeri açıqladı
Bizi izləyin

Region

Rusiya Bağdadinin gizləndiyi yeri açıqladı

“İŞİD terror qruplaşmasının lideri Əbubəkr əl-Bağdadi ehtimal ki, İraqda gizlənir”.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Baş qərargahının (QRU-unun) Baş kəşfiyyat idarəsinin başçısının birinci müavini, vitse-admiral İqor Kostyukov bildirib.

“Əl-Bağdadi, ehtimal ki, İraqdadır. Suriyada qalmaq onun üçün çətin olar”, - o qeyd edib.

Vitse-admiral əlavə edib ki, İŞİD-in başçısının olduğu yer dəqiq məlum deyil. Onun sözlərinə görə, Bağdadini bir çox ölkənin xüsusi xidmət orqanları tutmağa çalışır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm