• USD 1,7000 0,00% EUR 1,8580 0,00%
    • GBP 2,0761 0,00% RUB 0,0238 0,00%

“Mehmetcik” bu istiqamətlərdən ZƏRBƏ ENDİRƏCƏK - Türkiyəli generaldan QƏLƏBƏ ANONSU

  • Region
  • 5 Aprel 2018 22:00
  • 3 522 Baxış
“Mehmetcik” bu istiqamətlərdən ZƏRBƏ ENDİRƏCƏK - Türkiyəli generaldan QƏLƏBƏ ANONSU

Suriyanın Afrin bölgəsində “Zeytun budağı” əməliyyatı ilə nəzarətin tam təmin olunmasından sonra yeni hədəfin hara olacağı barədə müzakirələr başlayıb. Növbəti hədəflərə Qəndil, Sincar, Münbiç və Fəratın şərqi daxildir. Amma əsas sual budur: bunlardan hansı ilk hədəf olacaq?

Publika.az xəbər verir ki, “Milliyyət” nəşrinin əməkdaşı Tunca Bengin bu və digər suallarla 1995-ci il martın 21-də 35 min əsgərlə İraqın şimalına daxil olaraq “Polad Hərəkatı” keçirən ehtiyatda olan general-leytenant Həsən Kundakçıya müraciət edib.

Vətən Partiyasının sədrinin müavini olan Həsən Kundakçı hesab edir ki, PKK terror təşkilatının əsas qərargahı olan Qəndil (Şimali İraqda yerləşir - red.) Türkiyə Silahlı Qüvvələri üçün ciddi problem yaratmamalıdır. İraq tərəfini də əhəmiyyətli adlandıran Həsən Kundakçının sözlərinə görə, Türkiyə üçün əsas çətinliyi Münbiç və Fəratın şərqi yaradacaq.

“Bu işi indidən düzəltməsək, Türkiyənin təhlükəsizliyi istənilən şəkildə təmin edilə bilməz. Bu baxımdan, Fəratın şərqində İraqa qədər olan hissədə təhlükəsizliyi təmin etmək lazımdır”, - o bildirib.

Onun sözlərinə görə, ABŞ qoşunları da Münbiç və Fəratın şərqində ciddi problem yarada bilməz:

“ABŞ-ın 2-3 min əsgəri var, nə edə bilər? ABŞ-ın hərbi qüvvəsi olduğu üçün dayanmalıyıqmı? Təhlükəsizlik problemimiz var. Bunu amerikalılara anlatmaq lazımdır, bunu etmək məcburiyyətində olduğumuzu başa salmalıyıq. Əgər etməsək, sabah çətin vəziyyətdə olacağıq və çox əziyyət çəkəcəyik”.

Təqaüddə olan general-leytenant qeyd edir ki, Türkiyə Silahlı Qüvvələri Şanlıurfa və Gaziantep istiqamətindən Fəratın şərqinə keçiş imkanlarına malikdir:

“Bu nöqtələr Türkiyə Silahlı Qüvvələrinin böyük bir güclə bölgəyə girməsi üçün çox əlverişlidir. Güc və təcrübə bu iş üçün Türkiyəyə kifayət edər. Təhlükəsizliyinə təhdid olduğu zaman Türkiyə kimsəni tanımaz. Bizə zərər verən bir hərəkət olarsa, heç kimə qulaq asmayacağıq. Orada normal bir dövlət qurulmadığı üçün terror dövləti qurulur. 60 minlik qüvvəsi olacaq terrorçu dövlətlə yan-yana necə yaşayacağıq?”

Türkiyə və Amerika əsgərlərinin qarşı-qarşıya gəlməsi ehtimalına gəlincə, Həsən Kundakçı hesab edir ki, ABŞ ordusu Türkiyə Silahlı Qüvvələrinin qarşısında dayanmaz:

“Onlar bu qədər təhlükəyə girməzlər. Fikrimcə, iki tərəf də bir-birini anlayacaq. ABŞ Türkiyəni kiçik bir terror təşkilatına fəda edərsə, o halda “Biz dostuq, NATO-da birlikdəyik” kimi sözlərə heç bir ehtiyac yoxdur. Bunları artıq söyləmək olmaz”.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR