Hərbi baza vuruldu - Söz verilən MÜHARİBƏ BAŞLADI?
Bizi izləyin

Region

Hərbi baza vuruldu - Söz verilən MÜHARİBƏ BAŞLADI?

Suriyanın Xüms şəhərində hökumət güclərinə aid T-4 hərbi hava bazası raket hücumuna məruz qalıb.

Publika.az “Haber7” saytına istinadən xəbər verir ki, bu haqda Suriyanın dövlət agentliyi olan SANA məlumat yayıb.

"T-4 təyyarə bazasına bir neçə raketlə hücüm edilib. Bunun ABŞ-ın təcavüzü olduğu istisna edilmir", - agentlik xəbər verib.

Suriya ordusunun cavab atəşi açdığı bildirilir.

"Al-Mayadin" telekanalı isə Suriyanın hərbi obyektinə atılan raketlərin Livanın üzərindən Araılq dənizindən uçduğunu bildrib.

Məlumatlı mənbə isə "RİA-Novosti" agentliyinə danışıb ki, Suriyanın hava hücumundan müdafiə tistemləri təyyarə bazasına atılan bütün raketləri zərərsizləşdirib. Agentliyin həmsöhbəti həmçinin qeyd edib ki, hadisə nəticəsində heç kim zərər çəkməyib. SANA agentliyi isə, öz növbəsində, həlak olanlar və zərərçəkənlər haqqında xəbər verib.

ABŞ-ın Müdafiə Nazirliyi T-4 bazasına raket zərbəsi ilə əlaqəsinin olmadığını açıqlayıb. Daha sonra məlum olub ki, hücum anında səmada İsrailin hərbi təyyarəsi olub. Lakin İsrailin hərbi rəsmiləri məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Suriyada 78 nəfərin kimyəvi silah hücumu nəticəsində həyatını itirməsindən sonra Dəməşqi təhdid etmiş, bu hücumun Bəşər Əsəd üçün baha başa gələcəyini söyləmişdi.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm