İranla savaş və Türkiyənin diz çökdürülməsi – “Xəritəçilər”in ŞOK SSENARİLƏRİ
Bizi izləyin

Region

İranla savaş və Türkiyənin diz çökdürülməsi – “Xəritəçilər”in ŞOK SSENARİLƏRİ

“Türkiyə-Rusiya münasibətləri heç bir şəkildə asılılıq münasibətləri deyil. Ümumi təhdidlər, bənzər müdafiə üsulları, xüsusilə Suriya mövzusunda Türkiyənin həssaslığının ABŞ və müttəfiqləri tərəfindən istismar edilməsi, bir sözlə, Türkiyənin birbaşa təhdid edilməsi Ankara ilə Moskvanı birinə yaxınlaşdırdı”.

Publika.az xəbər verir ki, bunu Türkiyənin “Yeni Şəfəq” nəşrinin yazarı, siyasi şərhçi İbrahim Karagül bildirib.

Rusiyanın Qərb tərəfindən birbaşa təhdid edildiyini yazan İ.Karagül gec-tez bir qarşıdurmanın, hesablaşmanın olacağı qənaətindədir. Onun sözlərinə görə, son casus böhranı da bunun ilk əlamətidir. Yazar vaxt keçdikcə bu əlamətlərin artacağını, qarşılıqlı sərt bəyanatların tezliklə münaqişəyə çevriləcəyini və Baltikyanı regiondan Şərqi Avropa və Sakit okean sahillərinə qədər Şərq-Qərb cəbhə xəttinin formalaşacağını qeyd edib.

“Türkiyə də açıq şəkildə Qərbin təhdidi altındadır. 15 iyul hücumu bu istiqamətdə ən açıq hücumdur və birbaşa olaraq Türkiyənin parçalanmasına yönəlik idi. FETÖ və PKK üzərindən Türkiyəni içəridən vurmaq və kiçiltmək planları tətbiq edilmişdi. Suriyanın şimal hissəsində Türkiyənin mühasirəyə alınması üzrə ABŞ-NATO planı həyata keçirilir. Bu qurşaqda atılan addımların Suriya, ya da İranla əlaqəsi yoxdur, birbaşa Türkiyənin cənub qapılarının bağlanması, coğrafiya ilə əlaqəsinin kəsilməsi və Anadoluya həbs edərək diz çökdürmə planıdır”, - yazar bildirib.

Onun sözlərinə görə, Afrində həyata keçirilən “Zeytun budağı” əməliyyatına baxmayaraq, bu təhdidlər davam edir. İ.Karagül qeyd edir ki, məsələ yalnız Türkiyə xəritəsi ilə məhdudlaşmır, həm də yeni bir coğrafiyanın formalaşdırılması ilə bağlıdır:

“Bu, “xəritəçi” dairələrin iki əsas hədəfi var: Çöldə Türkiyə-Rusiya yaxınlığını sabotaj etmək, içəridə AKP-MHP ittifaqını pozmaq. 2019-cu il seçkilərinə qədər bu istiqamətdə həm xaricdə, daxildə çox ciddi sabotajlar və müdaxilələri görəcəyik. Hər iki hədəf Türkiyənin təcrid edilməsi və müdafiəsiz vəziyyətə salınmasıdır. Son məqsəd isə 15 iyul və cənubdan mühasirəyə alınma planlarını yenidən tətbiq etməkdir. Rusiya ilə yaxın olmasaydıq, Suriyada belə bir hərəkət meydanına sahib ola bilməzdik. “Çoxmillətli” hiyləgər planlara qarşı diqqətli olmalıyıq. Gizli “xəritəçilər”ə qarşı diqqətli olaq. Rusiya ilə yeni bir “təyyarə böhranı” kimi təxribat ola bilər. Türkiyəni İranla savaşdırmaq üçün yeni ssenarilər hazırlana bilər”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm