İngiltərə Əsədi bu nöqtələrdən vuracaq – Müharibə PLANI
Bizi izləyin

Region

İngiltərə Əsədi bu nöqtələrdən vuracaq – Müharibə PLANI

Suriyanın hökumət güclərinə qarşı ABŞ-ın planlaşdırdığı əməliyyata İngiltərə də dəstək verə bilər.

Publika.az xəbər verir ki, “Daily Mail” qəzetinin yazdığına görə, İngiltərə döyüş təyyarələrinin vurulması ehtimalını nəzərə alaraq hücumu Cənubi Kiprdəki bazasından həyata keçirmək variantı üzərində düşünür.

Qəzetin xəbərinə görə, baş nazir Tereza Mey əməliyyat qərarını parlamentin razılığı olmadan verə bilər. 2013-ci ildə dövrün baş naziri Devid Kameron Suriyada əməliyyat keçirmək üçün parlamentə müraciət etmiş, ancaq parlamentin rədd cavabına görə bütün planlar ləğv olunmuşdu.

“Daily Mail” İngiltərənin Suriyaya qarşı ehtimal edilən hərbi müdaxiləsi zamanı “GR4 Tornado” qırıcılarından istifadə edilə biləcəyini yazıb. Qırıcılar “Storm Shadow” adlı raketlərlə təchiz olunur. Onların uçuş məsafəsi 240 kilometrdən çoxdur. Bu məsafə Suriyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulmadan “GR4 Tornado” təyyarələrinə əməliyyat keçirməyə imkan verir. Cənubi Kiprdə yerləşən İngiltərə bazasında 6 ədəd “GR4 Tornado” var.

Bir başqa hücum variantı isə Aralıq dənizində olan sualtı gəmilərdən “Tomahavk” raketlərinin atılmasıdır. Ötən ilin aprelində də Xan Şeyhunda kimyəvi hücumdan sonra Suriya ordusuna məxsus hərbi baza ABŞ-ın “USS Donald Cook” gəmisindən atılan “Tomahavk” raketləri ilə vurulmuşdu.

İngilis ordusunun əlindəki bir başqa silah isə “Reaper” pilotsus təyyarələrdir. Küveytdə yerləşdirilən “Reaper”-lər “Hellfire” adlı raketlərlə təchiz edilib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm