NATO-nun baş katibi Türkiyəyə gedir
Bizi izləyin

Region

NATO-nun baş katibi Türkiyəyə gedir

NATO-nun baş katibi Stoltenberq aprelin 16-da Türkiyəyə səfər edəcək.

Publika.az xəbər verir ki, baş katib Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahlığının rəisi Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu və müdafiə naziri Nurəddin Canikli ilə görüşəcək.

Stoltenberq türkiyəli rəsmilərlə Türkiyə-NATO münasibətləri, “Zeytun budağı” hərəkatı, terrorla mübarizə, 2018 Brüssel zirvəsi hazırlıqları və regional mövzular barədə müzakirələr aparacaq.

Baş katib daha öncə Türkiyə ilə bağlı fikirlərini bildirərkən “Türkiyə çox dəyərli bir müttəfiqimizdir. NATO-ya çox fərqli yollarla fayda verir. Coğrafi mövqeyi, İraq və Suriya ilə sərhəddə yerləşməsi baxımından, İŞİD terror təşkilatı ilə mübarizədə önəmli müttəfiqdir” ifadələrini işlətmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm