Türkiyədən ABŞ-Rusiya qarşıdurmasına QƏRİBƏ REAKSİYA: Küçə lotuları kimi...
Bizi izləyin

Region

Türkiyədən ABŞ-Rusiya qarşıdurmasına QƏRİBƏ REAKSİYA: Küçə lotuları kimi...

ABŞ və Rusiya arasında baş qaldıran Suriya böhranı ilə bağlı Türkiyənin baş naziri Binəli Yıldırımdan maraqlı açıqlama gəlib.

Publika.az xəbər verir ki, baş nazir iki nəhəng dövlətin qarşıdurmasının nəticəsi olaraq minlərlə insanın qurban ola biləcəyini deyib:

“Tvitlər ataraq bir-birilərini təhdid edirlər. Qardaşım, dünya gələcəyini sizin qarşılıqlı atışmanıza, milyonlarla insanın yox olmasına tamaşaçımı qalacaq? Mənim daha yaxşı raketim var. Yox, mənim daha yaxşı raketim var. Göndər, görək. Göndərməzsən, belə. Küçə davası. Küçə lotuları kimi dalaşırlar”.

Mövzu ilə bağlı açıqlama verən baş nazirin köməkçisi və hökumət sözçüsü Bəkir Bozdağ isə problemlərin hərbi yolla həll olunmasının mümkünsüz olduğunu deyib.

Qeyd edək ki, Əsəd rejimi paytaxt Dəməşqin Şərqi Quta bölgəsinin Duma kəndində kimyəvi slahdan istifadə etmiş, hadisə nəticəsində 78 nəfər həlak olmuşdu. ABŞ birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qətliamın araşdırılması və məsuliyyəti daşıyanların tapılması üçün layihə təqdim etmiş, ancaq Rusiya bu layihəni veto qoymuşdu.

ABŞ prezidenti Donald Tramp isə buna cavab olaraq Rusiyaya “hazır ol, Rusiya, çünki raketlərimiz gəlir. Həm də yaxşı, yeni və ən ağıllısından” ismarışını göndərmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm