Ərdoğan NATO-nun baş katibi ilə görüşdü
Bizi izləyin

Region

Ərdoğan NATO-nun baş katibi ilə görüşdü

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO baş katibi Yens Stoltenberqlə görüşüb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə liderinin dəftərxanasındakı mənbə bildirib.

Məlumata görə, Türkiyənin dövlət başçısı və NATO baş katibi Suriyada yaranmış vəziyyəti müzakirə ediblər. Tərəflərin görüşündə habelə Türkiyə ilə Şimali Atlantika Alyansı arasındakı münasibətlər diqqət mərkəzində olub.

Mənbə həmçinin bildirib ki, tərəflər terrorizmlə mübarizə, ABŞ, Britaniya və Fransanın Dəməşqin Dumada istifadə etdiyi kimyəvi silaha cavab olaraq Suriyada keçirdiyi əməliyyat ətrafında da fikir mübadiləsi aparıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm