CHP-yə SÜRPRİZ: 15 deputat istefa verir
Bizi izləyin

Region

CHP-yə SÜRPRİZ: 15 deputat istefa verir

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 15 deputatı istefa verəcəyini bəyan edib.

Publika.az xəbər verir ki, partiya üzvləri istefa verərək Böyük Millət Məclisinin (TBMM) keçmiş sədr müavini Meral Akşenerin rəhbərliyi ilə yaranan yeni siyasi partiya olan İYİ Partiyanın sıralarına qatılacaqlarını iddia ediblər.

Məlumata görə, gözlənilməz qərar bu gün baş tutması gözlənilən CHP və İYİ Partiya liderlərinin görüşündən əvvəl verilib.

İddia edilir ki, bu addım baş tutarsa, 15 deputatın İYİ Partiya sıralarına keçəməsi partiyaya fraksiya yaratmaq imkanı qazandıracaq. Bundan sonra isə İYİ Partiya parlament fraksiyası kimi prezidentliyə namizədini irəli sürmək şansı əldə edəcək.

Xatırladaq ki, Türkiyə Seçki Məcəlləsinə əsasən partiyaların seçkilərə qatılması üçün əsas şərt səsvermə gününə 6 ay qalana qədər ölkə ərazisinin yarısında öz təşkilatlarını qurub partiya qurultayı keçirmək, yaxud da Türkiyə Böyük Millət Məclisində fraksiya əldə etməkdir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm