Region
Erməni deputatlar NATO-nun seminarını tərk etdi
Ermənistan parlamentinin deputatları NATO PA-nın Batumidə keçirilən “Rouz-Rout” seminarını tərk edərək İrəvana qayıdıblar.
Publika.az xəbər verir ki, Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı Azərtac-a bildirib.
"Erməni deputatların seminarı tərk etməsinə Ermənistanda baş verən son hadisələr, xüsusən də baş nazir Serj Sərkisyanın istefası səbəb olub. Həmin deputatlar Serj Sarkisyanın partiyasını təmsil edirdilər.
Ölkədəki gərgin vəziyyəti nəzərə alan Ermənistan rəhbərliyi deputatları təcili geri çağırıb. Bu, Ermənistanda vəziyyətin daha da ciddi olduğunu sübut edir”, - deyə M.İbrahimqızı vurğulayıb.
Nümayəndə heyətimizin üzvü qeyd edib ki, NATO PA-nın 97-ci “Rouz-Rout” seminarının ikinci günü, yəni aprelin 24-də Cənubi Qafqazdakı vəziyyət, Gürcüstanda inteqrasiya prosesləri, eləcə də regiondakı təhlükəsizlik və mövcud problemlər diqqət mərkəzində olacaq.
Azərbaycan nümayəndə heyətinin üzvləri müzakirə olunan məsələlərə münasibət bildirəcəklər.
Seminarda Azərbaycanı Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamran Bayramov təmsil edirlər.
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO