Region
Türkiyə AŞPA-nın istəyini RƏDD ETDİ
Ankara Avropa Şurası Parlament Assambleyasının ( AŞPA) 24 iyun növbədənkənar prezident seçkilərinin təxirə salınması ilə bağlı çağırışını rədd edib.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyənin Baş naziri Binəli Yıldırım AŞPA-ya öz işləri ilə məşğul olmağı məsləhət görüb.
“Yaxşı olar ki, Avropa Şurasının Parlament Assambleyası öz işləriylə məşğul olsun. Seçki o deyil, Türkiyə keçirir”, - baş nazir İspaniyaya səfərinin gedişatında jurnalistlərə deyib.
Qeyd edək ki, qurumun bu gün qəbul edilən qərarında səbəb olaraq bu seçkilərin Avropa kriteriyalarına uyğun olmayacağı göstərilib.
Qeyd olunub ki, siyasi partiyalara seçkilərə uyğunlaşmaq və hazırlaşmaq üçün qısa müddət verilib. Həmçinin qərarda seçki qanunvericiliyinin seçki tarixindən üç ay əvvəl dəyişdirilməsinin Venesiya komissiyasının tövsiyələrinə zidd olduğu xatırladılıb.
Ömər Dağlı
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək