Türkiyədə partiyalar arasında GƏRGİNLİK: "Gül üçün meydandan çəkilməyəcəm"
Bizi izləyin

Region

Türkiyədə partiyalar arasında GƏRGİNLİK: "Gül üçün meydandan çəkilməyəcəm"

Türkiyədə 24 iyun tarixində keçiriləcək Prezident seçkiləri üçün mübarizə aparan siyasi partiyalar arasında vəziyyət gərginləşməyə başlayıb.

Publika.az xəbər verir ki, Səadət Partiyasının(SP) sədri Temel Karamollaoğlu Abdullah Gülü növbəti dəfə prezident seçkilərində namizəd olması üçün razı saldığını deyib. Bu məsələ ilə bağlı T.Karamollaoğlu CHP sədri Kamal Kılıçdaroğlu ilə söhbətləşib.

Bununla yanaşı SP lideri İYİ Partiyasının lideri Meral Akşenerlə görüşündən heç bir müsbət nəticə əldə etmədiklərini dilə gətirib. Abdullah Gülün namizəd kimi irəli sürülməsi fikri CHP lideri tərəfindən qəbul edilən təklif olsa da, Meral Akşener cəbhəsində bu, kifayət qədər ciddi narahatlığa səbəb olub.

Məsələyə münasibət bildiriən İYİ Partiyasının sədri Meral Akşener isə hər kəsi öz namizədi ilə meydana çıxmağa dəvət etdiyini deyib: "Mənə Abdullah Gül üçün meydandan çəkil desələr, çəkilməyəcəm. Hər kəs öz namizədi ilə çıxsın".

Xatırladaq ki, ötən həftə CHP-nin 15 deputatını istefaya göndərərək İYİ Partiyanın sıralarına keçməsini təşkil edən Kamal Kılıçdaroğlu M.Akşenerin seçkilərə qatılma haqqı qazanmasına yardım etmişdi.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm