• USD 1,7000 0,00% EUR 1,9881 -0,26%
    • GBP 2,3304 +0,22% RUB 0,0235 +0,43%

Türkiyə və ABŞ arasında RAZILAŞMA: Suriyada birlikdə hərəkət edəcəklər

  • Region
  • 28 Aprel 2018 08:00
  • 1 447 Baxış
Türkiyə və ABŞ arasında RAZILAŞMA: Suriyada birlikdə hərəkət edəcəklər

Türkiyə hərbçiləri Suriyada ABŞ-la birlikdə hərəkət edəcəklər.

"Report" xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Məlumata görə, Türkiyənin xarici siyasət idarəsinin başçısı bu açıqlamanı NATO-nun mənzil-qərargahında ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə görüşündən sonra verib.

O, qeyd edib ki, qoşunlar xüsusən Manbicə birlikdə daxil olacaqlar.

Bundan əlavə, Pompeo Türkiyənin Rusiyadan "C-400" zenit-raket sistemləri alması qərarı ilə bağlı narahatlığını ifadə edib. "Ona bildirdik ki, bu sistemlər bizə lazımdır", - deyə Çavuşoğlu bəyan edib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR