Azərbaycanda tutulan FETÖ-çü Türkiyəyə təhvil verildi
Bizi izləyin

Region

Azərbaycanda tutulan FETÖ-çü Türkiyəyə təhvil verildi

Azərbaycanda tutulan Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvü Mustafa Ceyhan Türkiyəyə aparılıb.

Publika.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Mustafa Ceyhan dünən İstanbula gətirilib. O, Atatürk adına Hava Limanında qarşı tərəfə təhvil verilib.

M. Ceyhan FETÖ üzvü olmaqda ittiham edilərək, barəsində ölkəsində axtarış elan olunub. O, ötən ilin aprelində Gürcüstan Respublikasından Azərbaycana qanunsuz yolla keçmək istəyən zaman həbs edilib.

Qazax Rayon Məhkəməsinin hökmü ilə Mustafa Ceyhan Azərbaycan Respublikasının sərhədlərini qanunsuz yolla keçməyə cəhd etməkdə ittiham olunaraq, 1 il müddətinə azadlıqdan məhrum edilib.

Daha sonra Türkiyə Respublikası Mustafa Ceyhanın ekstradisiya olunması ilə bağlı Azərbaycana müraciət edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm