Rusiyalı deputatlar Ermənistandakı etirazçıların lideri ilə görüşəcək
Bizi izləyin

Region

Rusiyalı deputatlar Ermənistandakı etirazçıların lideri ilə görüşəcək

Yerevanda səfərdə olan Rusiya Dövlət Dumasının deputatları bu gün Ermənistandakı etiraz aksiyaların lideri Nikol Paşinyanla görüşəcəklər.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqə üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov bildirib.

“Mənə zəng edib dedilər ki, Paşinyan aprelin 29-da parlamentdə görüşməyi xahiş edir”, - deyə Leonid Kalaşnikov bildirib.

Yerevanda səfərdə olan Rusiya Dövlət Dumasının deputatlarından ibarət nümayəndə heyəti ötən gün Ermənistan parlamentinin bütün fraksiyaları ilə görüşlər keçiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm