Ərdoğanın daha bir rəqibi məlum oldu
Bizi izləyin

Region

Ərdoğanın daha bir rəqibi məlum oldu

Türkiyənin Səadət Partiyası (SP) prezidentliyə namizədini açıqlayıb.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, partiyanın sədri Temel Karamollaoğlu SP-nin namizədi olub.

Qeyd edək ki, iyunun 24-də növbədənkənar seçkilər keçkriləcək. Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyyətçi Hərəkat Partiyası (MHP) prezident seçkilərində AKP-nin sədri, hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın namizədliyini dəstəkləyəcək.

Bundan başqa, İYİ Partiyasının sədri Meral Akşener və Vətən Partiyasınin sədri Doğu Perinçek 100 min imza toplayaraq prezidentliyə namizəd olacaqlarını açıqlayıb.

Daha əvvəl Xalqların Demokratik Partiyası (HDP) partiyanın həbsdə olan həmsədri Səlahəddin Demirtaşın namizədliyini irəli sürmüşdü.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm