Tehran ABŞ-a qarşı hərəkətə keçdi
Bizi izləyin

Region

Tehran ABŞ-a qarşı hərəkətə keçdi

İranın Xarici İşlər Nazirliyinin başçısı Məhəmməd Cavad Zərifin Pekin, Moskva və Brüssel turnesinə çıxır.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, İranın xarici siyasət idarəsinin başçısı Rusiya, Çin və Avropa İttifaqından olan həmkarları ilə İranın nüvə proqramı üzrə sazişin saxlanılması üzrə tədbirləri müzakirə edəcək.

“Bazar günü Məhəmməd Cavad Zərifin İranın nüvə proqramı üzrə Birgə hərtərəfli İş Planının müzakirəsi üçün diplomatik turnesi başlayır. Səfər Çindən başlanacaq. O, bazar ertəsi Rusiya Federasiyasına gedəcək. Daha sonra isə avropalı həmkarları ilə görüş üçün Brüsselə yollanacaq”, - “RİA-Novosti”yə İran Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

O əlavə edib ki, bu turne son olmayacaq. Ən yaxın həftələrdə xarici işlər nazirləri müavinlərinin səviyyəsində məsələnin müzakirəsinə qərar verilib.

Qeyd edək ki, mayın 8-də Donald Tramp İranın nüvə proqramı üzrə Birgə hərtərəfli İş Planından çıxmaq barədə qərar qəbul edib. Ağ Evin başçısı hesab edir ki, saziş İranın nüvə silahı əldə etməsinin qarşısını tamamilə ala bilməyib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm