Türkiyədən İrəvana CAVAB: “Yeni bir səhifə açmaq istəyirlərsə…”
Bizi izləyin

Region

Türkiyədən İrəvana CAVAB: “Yeni bir səhifə açmaq istəyirlərsə…”

Türkiyənin baş naziri Binəli Yıldırım Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağda olarkən Türkiyə ilə bağlı səsləndirdiyi bəyanata cavab verib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Binəli Yıldırım münasibətlərin düzəlməsi üçün müzakirələrin mümkünlüyünü dilə gətirib.

“Ermənistanın illərdən bəri Türkiyənin ərazi bütövlüyü ilə bağlı səhv mövqeləri var. Yeni bir səhifə açmaq istəyirsə, bunlarla bağlı detalları görüb o şəkildə qarşılıq verərik”, - Türkiyə hökumətinin başçısı deyib.

Xatırladaq ki, Ermənistanın baş naziri mayın 9-da Xankəndidə mətbuat konfransında Ermənistan ilkin şərtlərsiz Türkiyə ilə diplomatik münasibətlərin qurulmasına hazır olduğunu söyləyib. Lakin o, üçüncü ölkənin, yəni Azərbaycana aid şərtlərin irəli sürülməsinə qarşı olduğunu vurğulayıb.

“Siz bilirsiniz ki, şərtləri Türkiyə irəli sürür. Türkiyənin tələbi məntiqsizdir. Ona görə ki, hər hansı ölkə ilə münasibətlərin qurulması üçün üçüncü ölkə barədə şərtləri irəli sürmək məntiqsizdir. Biz öz mövqeyimizdə qalırıq və şərtlərsiz münasibətləri qurmağa hazırıq. Eyni zamanda, erməni soyqırımının beynəlxalq tanınmasına sadiq qalırıq”, - Paşinyan vurğulayıb.

Qeyd edək ki, rəsmi Ankaranın mövqeyinə görə, Dağlıq Qarabağ problemi həll olunmadan və Azərbaycanın işğal edilmiş torpaqları azad edilmədən Türkiyə-Ermənistan münasibətlərinin normallaşması mümkün deyil.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm