Ədliyyə Nazirliyindən erməni deputata ŞOK
Bizi izləyin

Region

Ədliyyə Nazirliyindən erməni deputata ŞOK

Türkiyənin Ədliyyə Nazirliyi Türkiyə Böyük Millət Məclisinin (TBMM) erməni əsilli millət vəkili Karo Paylan barəsində cinayət işinin qaldırılmasına ilə bağlı prokurorluğa səlahiyyət verib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, ötən ilin mayında Giresun Universitetinin keçmiş rektoru Aygün Attar erməni deputat barəsindən cinayət işinin qaldırılması barədə prokurorluğa müraciət etmişdi.

Buna səbəb Karo Paylanın Türkiyədə ermənilərə qarşı “soyqırım” həyata keçirildiyini iddia etməsi olmuşdu. Ankara prokurorluğu hesab etdi ki, Paylanın bəyanatları Türkiyə Cinayət Məcəlləsinin 301-ci maddə ilə (türk xalqını təhqir etmək) cinayət məsuliyyəti daşıyır və bu maddə üzrə cinayət işinin qaldırılması üçün Ədliyyə Nazirliyinin icazəsi lazımdır. Prokurorluq bununla əlaqədar nazirliyə müraciət etmişdi.

Ədliyyə Nazirliyinin icazəsini alan prokurorluq Paylanın deputat toxunulmazlığından məhrum edilməsi üçün TBMM-yə müraciət edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm