Türkiyə İraqda PKK-nın silah anbarını bombalayır
Bizi izləyin

Region

Türkiyə İraqda PKK-nın silah anbarını bombalayır

Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimalında yerləşən Hakurk bölgəsində PKK-nın mövqelərini bombalayır.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri terrorçuların silah anbarı kimi istifadə etdiyi 4 məntəqəsini məhv edib.

Dünəndən başlayan əməliyyatlar çərçivəsində indiyədək terrorçulara aid müxtəlif hədəflər vurulur.

Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəhbərliyinin rəsmi Tvitter hesabından edilən paylaşıma görə, əməliyyatlar davam etdirilir.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm