Böyük əməliyyat hər an BAŞLAYA BİLƏR – 5 bəndlik PLAN
Bizi izləyin

Region

Böyük əməliyyat hər an BAŞLAYA BİLƏR – 5 bəndlik PLAN

Türkiyə Silahlı Qüvvələri Afrindən sonra PKK-nın əsas bazası olan Qəndili təmizləmək üçün hərəkətə keçib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Şimali İraqakeçən “Mehmetçik” terror yuvasını mühasirəyə alıb və Qəndili açıq hava həbsxanası halına gətirib.

Şimali İraqda əməliyyat 3 aydır davam etsə də, böyük əməliyyat hələ başlamayıb. PKK-ya tarixi zərbəni endirəcək genişmiyaslı əməliyyatın başlanması an məsələsidir.

Qəndil üçün xüsusi əməliyyat planı hazırlanıb. Terror yuvası döyüş təyyarələri tərəfindən günlərlə bombardman ediləcək və beləliklə, Qəndil əməliyyat üçün hazır vəziyyətə gətiriləcək.

Türkiyə KİV-inin yazdığına görə, genişmiqyaslı əməliyyatda aşağıdakı məqamlar nəzərə alınacaq:

1.Təşkilatın idarə olunduğu mərkəz olan Qəndil hədəf alınacaq.

2. İlk mərhələdə Qəndil və Türkiyə arasındakı əlaqə kəsiləcək. PKK-nın Türkiyəyə keçid yollarında bazalar qurulacaq.

3. Böyük Qəndil əməliyyatı “Fərat Qalxanı” və “Zeytin Budağı” hərəkatlarında olduğu kimi iki mərhələli planlaşdırılır.

4. PKK-nın sığınacaqları, təlim, rabitə, qərargah və sursat anbarları günlərlə davam edəcək hava əməliyyatları ilə məhv ediləcək.

5. Hava əməliyyatlarının ardınca artilleriya güclərinin dəstəyi ilə quru əməliyyatı başlayacaq. Quru əməliyyatında ehtiyac yaranacağı halda döyüş təyyarələri və artilleriya atəşi ilə dəstək veriləcək.

Əməliyyatın tamamlanmasından sonra PKK-nın Qəndilə qayıtmasına mane olmaq üçün burada Türkiyə Silahlı Qüvvələrinin bazası qurulacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm