Düşmən belə MƏHV EDİLƏCƏK - Tarixin sınağından keçmiş STRATEGİYANIN DETALLARI
Bizi izləyin

Region

Düşmən belə MƏHV EDİLƏCƏK - Tarixin sınağından keçmiş STRATEGİYANIN DETALLARI

Türkiyə Silahlı Qüvvələri Afrindən sonra PKK-nın əsas bazası olan Qəndili təmizləmək üçün hərəkətə keçib. Şimali İraqa keçən “Mehmetçik” terror yuvasını boğacaq mühasirəni gerçəkləşdirməyə başlayıb.

Şimali İraqda əməliyyat 3 aydır davam etsə də, böyük əməliyyat hələ başlamayıb. PKK-ya tarixi zərbəni endirəcək genişmiyaslı əməliyyatın başlanması an məsələsidir. Türkiyə KİV-inin yazdığına görə, genişmiqyaslı əməliyyatda 5 bəndlik plan həyata keçiriləcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Publika.az xəbər verir ki, “Haber7” saytının mənbələrdən əldə etdiyi məlumata əsasən, əməliyyat zamanı Şri-Lanka ordusunun “Tamil Pələngləri” terror təşkilatına qarşı əməliyyatda həyata keçirdiyi strategiya tətbiq olunacaq. Bu strategiya lider heyəti də daxil olmaqla terror təşkilatının tamamilə məhvini nəzərdə tutur.

Qeyd edək ki, PKK-ya qarşı Şri-Lanka modelinin həyata keçirilməsi Türkiyədə daha əvvəllər də təklif edilib. Bu təklifi səsləndirən və PKK ilə danışıqların əhəmiyyətsiz olduğunu bildirənlərdən biri də “Milliyyət” nəşrinin yazarı Mehmet Tezkan idi. O, məhz Şri-Lanka modelini təklif edirdi: “Separatçı qruplarla mübarizədə müxtəlif üsullar var. Masaya oturmaq, müzakirələr aparmaq, güzəşt etmək və razı salmaq. Bir də yox etmək, məhv etmək üsulu var. Buna Şri-Lanka modeli deyilir”.

İndi Ədalət və İnkişaf Partiyası (AKP) ilə bir ittifaqda yer alan Milliyyətçi Hərəkat Partiyasının (MHP) başçısı Dövlət Baxçalı da PKK ilə “kürd açılımı” adı altında danışıqları “dövlətə xəyanət” adlandırmışdı.

Xatırladaq ki, Şri-Lanka hökuməti “Tamil Pələngləri” ilə təxminən 30 il döyüşüb. Qarşıdurmalar təxminən 70 min nəfərin həyatına son qoyduqdan sonra sülh razılaşması imzalanıb. Amma bir müddət sonra razılaşma yenidən pozulub. Saxta sülh daha şiddətli döyüş gətirib. 2009-cu ildə ordu terror təşkilatını məhv etmək üsulunu seçdi. Liderləri öldürüldü, partizanlar ağır itkilər verdi. Sonda “Tamil Pələngləri” tarixin tozlu səhifələrinə atıldı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm