Türkiyə ordusunun düşməni qorxuya salan 1 qəpiklik silahı: 0 saniyəyə doldurulur
Bizi izləyin

Region

Türkiyə ordusunun düşməni qorxuya salan 1 qəpiklik silahı: 0 saniyəyə doldurulur

Türkiyə Silahlı Qüvvələrini yerli və ən yeni silahlarla təchiz edən ASELSAN hərbi sənaye şirkəti yeni layihəyə imza atıb.

Publika.az xəbər verir ki, şirkət Lazer Müdafiə Sistemini sınaqdan keçirib.

Lazer Müdafiə Sistemi müdafiə sənayesi məsləhətçisi İsmayıl Dəmiri də təəccübləndirib.

O, LMS-i “gələcəyin silahı” adlandırıb və layihənin qurucularını təbrik edib.

Yeni sistem inkişaf etmiş təqib özəlliyinə sahibdir. Sursatların yerləşdirilməsi 0 saniyə, atış maliyyəsi isə 1 qəpikdən azdır. Yalnız 1 milyon atışdan sonra texniki baxışa ehtiyacı var. Buna görə də olduqca avantajlı silah kimi dəyərləndirilir.

Aparılan sınaqlardan uğurla çıxan LMS yüksək güclü lazer qaynağı, dərin maqazin, doldurma müddəti olmadan davamlı atış imkanı, optik hədəf təsbiti və inkişaf etdirilmiş hədəfi təqibetmə özəllikləri ilə digərlərindən seçilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm