Ərdoğandan 5 maddəlik məktub: Güclü Türkiyə...
Bizi izləyin

Region

Ərdoğandan 5 maddəlik məktub: Güclü Türkiyə...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 24 iyunda keçiriləcək seçkilərlə bağlı səs verməyə başlayan xaricdə yaşayan seçicilərə məktub ünvanlayıb.

Axar.az xəbər verir ki, Ərdoğan məktubda 5 maddəyə xüsusilə toxunub.

Çətin səfər

Fərqli ölkələrdə və mədəniyyətlərdə özünüzə və ailənizə yeni həyatlar qurdunuz. Millətimizi ən yaxşı şəkildə təmsil edərək, sosial həyatda, siyasi sahədə və iqtisadiyyatda var olmaq uğruna nail oldunuz.

Dördüncü nəsil

Yaşadığınız yerlərdəki cəmiyyətimizin gələcəyini təmin etmək üçün qurumları yaratmaqda fədakarlıqla çalışdınız. Ölkəmizin və millətimizin çətin anlarında qənaət və investisiyalarınızla Türkiyənin inkişafına və tərəqqisinə tövhə verdiniz. Bu gün dördüncü nəsli yetişən türk diasporunun dünyanın lider ölkələri sırasına daxil olan Türkiyəmizə verdiyi dəstək üçün minnətdarlığımı bildirirəm.

Türk diasporu

Türkiyənin demokratiya və tərəqqi yolunda qət etdiyi məsafəni ən yaxşı sizlər görürsünüz. Türkiyədə yaşayan vətəndaşlarımıza xidmət edərkən, millətimizin bir parçası olan siz türk diasporunun dövlətimizin təklif etdiyi xidmətlərdən haqqı olan payı alması üçün də çalışdıq. Övladlarımızın ana dilini, dinini, mədəniyyətini öyrənməsi üçün minlərlə müəllim və din adamını xaricə göndərdik.

Yeni sistem

Sizlərin dəstəyi ilə qəbul edilən 16 aprel 2017 xalq səsverməsinin nəticəsində ölkəmiz prezident hökumət sisteminə keçməyə qərar verdi. Yeni sistem 24 iyun seçkilərindən sonraya qüvvəyə minəcəkdir. Ölkəmizin gələcəyi üçün tarixi önəmə sahib bu seçkilərdə sizlərin dəstəyi ilə yeni bir başlanğıcın əsasını qoyacağıq.

Güclü Türkiyə

Ölkəmizdə və xaricdə yaşayan qardaşlarımıza ötən 16 ildəki xidmətlərimizə əlavə olaraq güclü məclis, güclü hökumət, güclü Türkiyə sözü veririk. Sizləri “Birlik zamanıdır” və “Türkiyə vaxtıdır” şüarlarımıza dəstək olmağa dəvət edirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm