Baş nazir: Şanlıurfadakı silahlı hücumun təşkilində PKK-nın izi var
Bizi izləyin

Region

Baş nazir: Şanlıurfadakı silahlı hücumun təşkilində PKK-nın izi var

Türkiyənin Şanlıurfa şəhərinin Suruç rayonunda hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı İbrahim Halil Yıldıza və onunla birlikdə seçki kampaniyası aparan partiya üzvlərinə hücumu təşkil edənlərin və iştirakçıların PKK terror təşkilatının tərəfdarları olması barədə dəlillər var.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazir Binəli Yıldırım açıqlama verib.

Daxili işlər naziri Süleyman Soylu isə bildirib ki, silahlı hücum əvvəlcədən planlaşdırılmış qaydada həyata keçirilib.

Qeyd edək ki, silahlı hücum nəticəsində deputat İbrahim Halil Yıldızın qardaşı da daxil olmaqla 4 nəfər ölüb, 8 nəfər yaralanıb.

Naməlum şəxslər odlu silah, bıçaq və dəyənəklərdən istifadə ediblər.

Hazırda cinayətkarların axtarışı davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm