"Medusa" gecə klubunda atışma: ölənlər var
Bizi izləyin

Region

"Medusa" gecə klubunda atışma: ölənlər var

Türkiyənin Bodrum şəhərindəki “Medusa” gecə klubunda baş vermiş atışma nəticəsində iki nəfər ölüb, dörd nəfər yaralanıb.

Publika.az “Hurriyet”ə istinadən xəbər verir ki, dörd şəxs kluba daxil olaraq atəş açmağa başlayıb. İnsident nəticəsində obyektin sahibi Mehmet Sürensey və müğənni Həcər Tülü ölüb.

Yaralananların hamısının Türkiyə vətəndaşı olduğu bildirilir.

Məlumata görə, hadisə yerindən uzaqlaşan cinayətkarlar bir müddət sonra yol polisi tərəfindən Manisa şəhərində saxlanılıblar.

İnsidentin səbəbləri müəyyənləşdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm