Kılıçdaroğlu səs verdi
Bizi izləyin

Region

Kılıçdaroğlu səs verdi

Türkiyənin aparıcı siyasi partiyalarından olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu da Ankarada Arjantin orta məktəbində səs verib.

Publika.az xəbər verir ki, CHP lideri Ankarada həyat yoldaşı və oğlu ilə birlikdə səsvermə hüququdan istifadə edib:

"Bir az əvvəl səslərimizi verdik. Ümumiyyətlə, mərkəzdə dostlarımız təhlükəsizlik üçün gərgin rejimdə çalışır. Türkiyənin daxilində bu ana qədər ciddi bir problem yaşanmayıb. Yaranmış problemlər varsa, onların həlli üçün hər kəs əllərindən gələni edir".

K.Kılıçdaroğlu bu gün günortadan sonra partiya nümayəndələrinin mətbuata daha geniş açıqlama verəcəyini də bildirdi:

"Bütün məmurlarına açıq və dəqiq müraciət edirəm. Xahiş edirəm, dövlət məmuru olduğunuzu unutmayın. Bir siyasi partiyanın məmuru deyilsiniz. Dövlətin mənfəəti üçün işləmək hər birimizin borcudur. Kiminsə təzyiqi altında qalmayın. Səsinizi azad şəkildə verin".

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm