Seçicilər: Səsvermə azad və demokratik şəraitdə keçirilir - FOTO
Bizi izləyin

Region

Seçicilər: Səsvermə azad və demokratik şəraitdə keçirilir - FOTO

Türkiyə vətəndaşları ölkədə keçirilən növbədənkənar prezident və 27-ci çağırış parlament seçkiləri ilə bağlı səsvermənin təşkilindən razılıqlarını ifadə edirlər.

Publika.az xəbər verir ki, vətəndaşların səsverməyə münasibətini öyrənmək üçün İstanbulun Sarıyer rayonda yerləşən Cümhuriyyət ibtidai məktəbindəki səsvermə məntəqələrində müşahidə aparılıb.

Seçicilərdən Enes Aktan və Kaya Canpolat bildiriblər ki, səsvermə prosesi azad və ədalətli şəkildə keçirilir. Heç bir qanunsuz müdaxilə və kənar təsir yoxdur. Onlar əminliklə qeyd ediblər ki, Türkiyə xalqı düzgün seçim edəcək və hamı səsvermənin nəticəsinə hörmətlə yanaşacaq.

Seçki prosesi yüksək seçici fəallığı ilə davam etməkdədir. Məntəqələrin qarşısında növbələr mövcuddur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm