Türkiyədə prezident və parlament seçkilərinin yekun nəticələri məlum oldu - - YENİLƏNDİ
Bizi izləyin

Region

Türkiyədə prezident və parlament seçkilərinin yekun nəticələri məlum oldu - - YENİLƏNDİ

Türkiyədə iyunun 24-də keçirilən prezident və parlament seçkilərinin nəticələri məlum olub.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, seçkilərə Milliyyətçi Hərəkat Partiyası (MHP) və Böyük Birlik Partiyası (BBP) ilə ittifaq quraraq gedən iqtidardakı Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52.5% səs toplayaraq ilk turda yenidən prezident seçilib.

Onun əsas rəqibi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə isə 31% səs toplaya bilib. Xalqların Demokratik Partiyasının (HDP) namizədi Səlahəddin Dəmirtaş 8,2%, keçən ilin payızında qurulan İyi Partiyanın namizədi Meral Akşener 7,4%, Səadət Partiyasının namizədi Temel Karamollaoğlu 0,9%, Vətən Partiyasının sədri Doğu Perinçek isə 0,2% səs toplayıblar.

Bu seçkidən sonra Türkiyədə parlamentar sistemin sonuna gəlinib. 16 aprel 2017-ci ildə keçirilən konstitusiya dəyişikliyi referendumunda Türkiyənin prezident üsulu ilə idarə edilməsi qərarlaşdırılıb. 24 iyundakı seçkidən sonra Türkiyə tamamilə prezident üsuli-idarəsinə keçib.

Parlament mandatı uğrunda aparılan seçki mübarizəsində də AKP-MHP-BBP-nin qurduqları “Cümhur İttifaqı” 53,6% səslə qalib gəlib. Müxalifət partiyalarının “Millət İttifaqı” adlı seçki bloku isə 34,1% səs toplaya bilib. 10%-lıq bariyeri dəf edən, heç bir blokda iştirak etməyən Xalqların Demokratik Partiyasın 11.5% səs alaraq parlamentdə təmsil olunma hüququ qazanıb.

Millət vəkillərinin sayının 550-dən 600-ə çıxarılmasından sonra keçirilən ilk seçkidə AKP məclisdəki çoxluğunu itirərək 293 mandat qazana bilib. Ancaq seçkiyə MHP ilə ittifaqda getdiyinə görə, 49 mandat qazanan MHP-nin AKP ilə məclisdəki ümumi mandat sayı 339-a yüksəlib ki, bu da faktiki olaraq məclis çoxluğunun təmin edilməsi deməkdir. Ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının (22.74%- 146 mandat), HDP-nin (11.7%- 67 mandat) və İyi Partiyanın (10.07-45 mandat) qurduğu ittifaq məclisdə də çoxluğu ələ keçirə bilməyib.

***

Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkilərinin ilkin nəticələri məlum olub.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, seçki bülletenlərinin 97 faizinin hesablanmasından sonra məlum olan nəticələrə görə, prezidenti postu uğrunda hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan (Ədalət və İnkişaf Partiyası - AKP) 52,65 faiz səs toplayıb.

Məhərrəm İncə (Cümhuriyyət Xalq Partiyası - CHP) 30,75 faiz, Meral Akşener (İYİ Partiyası) 8,09 faiz, Səlahəddin Demirtaş (Xalqların Demokrat Partiyası - HDP) - 7,42 faiz,Temel Karamollaoğlu (Səadət Partiyası) 0,89 və Doğur Perinçek (“Vətən” Partiyası) 0, 20 faiz səs toplayıb.

Parlament seçkiləri üzrə 96,7 faiz bülleten sayılıb. İlkin nəticələrinə görə, AKP və Milliyyətçi Hərəkat Partiyasının yer aldığı “Cümhur ittifaqı” parlamentdə əksəriyyəti 53,65 faizlə (AKP - 42,46, MHP-11,19) təmin edir. CHP, İYİ və Səadət partiyalarının yer aldığı “Millət ittifaqı” ilkin nəticələrə görə, 34,12 faiz (CHP -22,72 Səadət 1,37, İYİ 10,06 faiz) səs qazanıb.

İlkin nəticələrə görə, HDP 11,26 faiz səs toplayaraq lazım olan 10 faizlik baryeri keçir.

Bu nəticələrə görə, "Cümhur ittifaqı" parlamentdə 342 (AKP 293, MHP 49 ), "Millət ittifaqı" isə 192 (CHP 146, Səadət 0, İYİ 46), HDP isə 66 millət vəkili ilə təmsil olunacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm