İran qarışdı: On minlərlə etirazçı küçələrdə - FOTOLAR
Bizi izləyin

Region

İran qarışdı: On minlərlə etirazçı küçələrdə - FOTOLAR

İranda minlərlə insan iqtisadi böhran səbəbilə küçələrə axışıb.

Publika.az xəbər verir ki, bu ölkədə 2012-ci ildən bəri yaşanan ən böyük protest hesab olunur və etirazçılar “heç bir işə yaramayan zorbalar” şüarı ilə Milli Məclisə doğru yürüş keçirib.

Ölkədə iqtisadi böhran yaranmasının səbəbi kimi hökumətin Suriya və Fələstin siyasətini göstərən etirazçılar “Fələstini Suriyaya verin, öncə bizə baxın, bizi düşünün”, “diktatora ölüm”, “düşmənimiz burada” kimi şüarlar da səsləndiriblər.

Polis kütləyə bibər qazı ilə müdaxilə edib. İran prezidenti Həsən Ruhani etirazçılara ABŞ ilə iqtisadi müharibə vəziyyətində olduqlarını bildirib. Paytaxt Tehranda təşkil edilən Ümumi Məhkəmə Yığıncağında çıxış edən prezident ABŞ-ın hədəfinin İran iqtisadiyyatı olduğunu deyib.

Ölkə xaricində, təxminən, 6 milyon iranlının yaşadığını dilə gətirən Ruhani həmin şəxləri ölkələrinə geri qayıdaraq sərmayə yatırmağa da çağırıb.

İranın dini lideri Əli Xamaneinin məsləhətçisi Yəhya Rəhim Səfəvi isə prezidentin fikirlərini tənqid edib. Səfəvi İrandakı mövcud siyasi və iqtisadi vəziyyətlə bağlı danışarkən bildirib ki, ölkədə hökumət olmazsa, daha yaxşı idarəçilik üsulu qurula bilər. Hökumətin xalqın problemləri ilə maraqlanmadığını dilə gətirən məsləhətçi bəzi qrupların da bu durumu rejimə qarşı etiraz aksiyalarına çevirməyə cəhd göstərdiyini deyib.

Qeyd edək ki, İranın milli valyutası olan tümənin son aylarda dollar qarşısında dəyərini rekord şəkildə itirməsindən sonra İran hökuməti xarici ölkələrdəki vətəndaşlara çağırış edərək sahib olduqları vəasiti İrana gətirmələrini istəyib. Hökumət sözçüsü Məhəmməd Bəkir Nobat isə paytaxt Tehranda təşkil etdiyi mətbuat konfransında ölkədə valyuta böhranı mövuzunda problem olmadığını deyib.

İran Milli Məclisinin Xarici Siyasət və Milli Təhlükəsizlik Komissiyası ölkədəki iqtisadi problemləri müzakirə etmək üçün fövqəladə toplantı keçirib. Toplantıda İranda milli valyutanın dollar qarşısında dəyərini itirməsinin qarşısını almaq üçün dolların məzənnəsinin 4200 tümənə sabitlənməsi təklif edilib. Hazırda İranda sərbəst bazarda 1 dollar 8000 tümənə dəyişdirilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm