Atatürk aeroportu təyyarələrin uçuş və enişini dayandırdı
Bizi izləyin

Region

Atatürk aeroportu təyyarələrin uçuş və enişini dayandırdı

İstanbulda güclü yağış, şimşək və göy gurultusu şəhərdə hava nəqliyyatına mənfi təsir göstərib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, pis hava şəraiti səbəbindən təyyarələr Atatürk hava limanına eniş edə bilməyiblər.

Aeroporta enməli olan təyyarələr havada dövr etmək məcburiyyətində qalıb. Bu səbəbdən aeroporda eniş və uçuşlar müvəqqəti olaraq dayandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm