Tehran 5 ölkəni ABŞ-a qarşı birləşməyə çağırdı
Bizi izləyin

Region

Tehran 5 ölkəni ABŞ-a qarşı birləşməyə çağırdı

İran Rusiya, Böyük Britaniya, Fransa, Çin və Almaniyanın xarici işlər nazirləri səviyyəsində “beşliyin” görüşünün keçirilməsini təklif edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısının müavini Sergey Ryabkov bildirib.

Xatırladaq ki, mayın 8-də ABŞ prezidenti Donald Tramp İran və beynəlxalq vasitəçilər (Rusiya, ABŞ, Britaniya, Çin, Fransa və Almaniya) arasında 2015-ci ildə əldə olunan razılaşmadan çıxdıqlarını elan edib. Tramp İrana qarşı bütün sanksiyaların bərpa olunacağını bildirib.

Beynəlxalq vasitəçilərin digər üzvləri ABŞ-ın bu addımına qarşı çıxdılar. Vaşinqtonun Avropadan olan partnyorları bildirdilər ki, əvvəlki kimi İranla sazişin şərtlərinə riayət etmək niyyətindədirlər.

Ötən həftə isə İranın Xarici İşlər Nazirliyinin başçısının müavini Abbas Arakçi bildirib ki, Tehran ən yaxın həftələrdə nüvə proqramı üzrə Birgə hərtərəfli İş Planından (SVPD) çıxa bilər.

“İranın gözləməsi sona yaxınlaşdı və tamamilə ehtimal ki, İran ən yaxın həftələrdə nüvə proqramı üzrə Birgə hərtərəfli İş Planını tərk edəcək. Mən deyə bilmərəm ki, Avropa ilə danışıqların davam etdirilməsinin perspektivi aydındır və bu danışıqlar bizi sazişdə saxlaya bilər. Biz hamımız hələ gözləyirik və ümid edirik ki, Avropanın təklifi İranın sazişdən çıxmaması üçün münasib olacaq”, - o əlavə edib.

Abbas Arakçinin sözlərinə görə, Avropa iranlıları Birgə hərtərəfli İş Planına sadiq olduğuna inandırmaq üçün işləməlidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm