Azərbaycan-Türkiyə ortaq layihəsində GÖZLƏNİLMƏZ YENİLİK
Bizi izləyin

Region

Azərbaycan-Türkiyə ortaq layihəsində GÖZLƏNİLMƏZ YENİLİK

Azərbaycanla Türkiyənin təməlini qoyduğu Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsində yeniliyə imza atılacaq.

Publika.az xəbər verir ki, TANAP xətti ilə Azərbaycan qazı ilə yanaşı, Türkmənistan, İraq və Şərqi Aralıq Dənizi bölgələrinin də qazı Türkiyədən keçərək Avropaya daşınacaq.

Bu barədə TANAP-ın baş katibi Saltuk Düzyol açıqlama verib. O bildirib ki, iyunun sonundan etibarən Türkiyəyə qaz axını başlayacaq: “Əskişəhərdən Ədirnə sərhədinə qədərki bölümün inşa prosesi layihənin təqviminə uyğun şəkildə davam edir. İşlərin 85,3% -i tamamlanıb. Bu bölümün 2019-cu ilin ortalarından etibarən Avropaya qaz göndərəcək Trans-Adriatik Boru xəttinə (TAP) bağlanmaq üçün hazır olması planlaşdırılır.

Xəttin Avropa qolu Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənubunda başa çatan TAP-dır.

2019-cu ildə hazır hala gətiriləcək TANAP vasitəsilə 2020-ci ildə tamamlanması təmin edilən TAP ilə Avropaya qaz verilməsi planlaşdırılır.

TANAP Türkiyə və Avropa İttifaqının uzun müddətdir gündəmində olan, qaz tədarükündə qaynaq müxtəlifliyi yaratmaq istiqamətində alternativ bir ana xətt açılması strategiyasının məhsuludur. Bu istiqamətdə, TANAP digər layihələrə və ya qaz qaynaqlarına rəqib deyil, tamamlayıcı layihə kimi dəyərləndirilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm