Serj Sarkisyanın qardaşına qarşı cinayət işi açıldı
Bizi izləyin

Region

Serj Sarkisyanın qardaşına qarşı cinayət işi açıldı

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı, xüsusi tapşırıqlar üzrə səfir Levon Sarkisyan, onun oğlu Narek və qızı Ani qanunsuz yolla varlanma və gəlirləri ilə bağlı bəyannamədə düzgün məlumat verməməkdə günahlandırırlar.

Bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsinin mətbuat xidmətinin bəyanatında deyilir.

"Narek Sarkisyanın mənzilində aparılan axtarış zamanı onun atası Levon Sarkisyanın adına 6,8 milyon ABŞ dollar məbləğində bank depozit sənədləri aşkarlanıb. Qanunvericiliyə uyğun olaraq, Levon Sarkisyan xüsusi tapşırıqlar üzrə səfir kimi bu məbləği bəyannamədə göstərməyib", məlumatda deyilir.

Bəyanatda həmçinin bildirilir ki, L.Sarkisyanın övladları da bəyannamələrində yuxarıda qeyd olunun məbləği göstərməyiblər. Faktla bağlı Dövlət Gəlirləri Komitəsinin İstintaq İdarəsində cinayət işi açılıb.

Qeyd edək ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı Levon Sarkisyan 1998-ci ildən Suriya, Tunis və İordaniyada səfir vəzifəsində çalışıb. 2010-cu ildə isə Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri təyin edilib. (APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm