İranda içməli suya görə etiraz aksiyaları başladı: KÜTLƏVİ ZƏHƏRLƏNMƏ
Bizi izləyin

Region

İranda içməli suya görə etiraz aksiyaları başladı: KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

İranın Huzistan əyalətində 65 nəfər içməli sudan zəhərlənib.

Publika.az xəbər verir ki, bu barədə ölkənin rəsmi xəbər agentliyi olan İRNA məlumat yayıb.

Xəbərə görə, zəhərlənmələrə yol açan xalqın istifadə etdiyi çirkli sular olub.

İranda yağışın və su qaynaqlarının azalması ilə ortaya çıxan quraqlıq ölkədə su böhranına yol açıb. Evlərə də artıq duzlu sular verilir. Buna görə xalq əlavə olaraq təmiz su almaq məcburiyyətində qalıb.

Zəhərlənmələr və su qıtlığı səbəbilə Huzistan əyalətinin Abadan və Hürrəmşəhər şəhərlərində etiraz aksiyaları keçirilib.

Qeyd edək ki, İran ABŞ-ın nüvə razılaşmasından geri çəkilməsi və sanksiyalar tətbiq etməsi nətiəsində iqtisadi böhran yaşayır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm