Ermənistan mafiyanın müdafisinə qalxdı – Madriddən İrəvana ağır zərbə
Bizi izləyin

Region

Ermənistan mafiyanın müdafisinə qalxdı – Madriddən İrəvana ağır zərbə

Ermənistan İspaniyada erməni mafiyasına qarşı keçirilmiş əməliyyata görə rəsmi Madirdə müraciət edib.

Teleqraf.com xəbər verir ki, Ermənistanın Madirddəki səfirliyi İspaniya Xarici İşlər Nazirliyinə ünvanlandığı müraciətdə bu ölkədə erməni mafiyasının fəaliyyət göstərmədiyini iddia edib:

“Biz İspaniya Xarici İşlər Nazirliyi və İspaniya KİV-i tərəfindən “erməni mafiyası” ifadəsinin işlədilməsindən narahatıq. Xatırladaq ki, keçən həftə İspaniya təhlükəsizlik xidməti və polis qüvvələri tərəfindən həbs edilmiş mafiya üzvlərinin erməni olduqları bildirilir. Biz məsələnin hərtərəfli araşdırılmasını tələb edirik.

Çünki bununla bağlı Ermənistan tərəfinə qarşı irəli sürülən ittihamlar İspaniya cəmiyyətində Ermənistanın nüfuzuna ağır zərbə vurur. İspaniyanın nüfuzlu media qurumları Ermənistanı cinayətkar ölkə kimi təqdim edirlər”.

Qeyd edək ki, keçən həftə İspaniyanın Kataloniya, Madrid, Valensiya və Alikante bölgələrində keçirilmiş əməliyyatlarda erməni mafiyasının 200-ə yaxın üzvü həbs edilib. Mafiyanın BDO ləqəbli lideri öldürülüb, cinayətkar dəstənin 50-dən çox erməni üzvü isə hələ də axtarışdadır.

“El Pais” qəzeti əməliyyatlar nəticəsində İspaniyadakı erməni mafiyasının çökdürüldüyünü və bununla bağlı rəsmi Madirddən İrəvana xəbərdarlıq edildiyini yazıb.

İspaniya XİN-in məsələ ilə əlaqədar yaydığı bəyanatda da neytrallaşdırılmış mafiyanın ermənilərə aid olduğu diqqətə çatdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm