Rusiya Qərbin hegemonluğunun başa çatdığını elan etdi: "Artıq yeni güc mərkəzləri bu ölkələrdir"
Bizi izləyin

Region

Rusiya Qərbin hegemonluğunun başa çatdığını elan etdi: "Artıq yeni güc mərkəzləri bu ölkələrdir"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbin 500 illik hegemnoluğunun sona çatdığını və çoxqütblü yeni bir dünyanın yarandığını deyib.

Publika.az xəbər verir ki, Qərbin yaşadığı çöküşü və yeni güc mərkəzlərinin varlığını qəbul etməkdə çətinlik çəkdiyini qeyd edən nazir prosesi başa çatdırmağın və yavaşlatmağın mümkünsüz olduğunu vurğulayıb.

İngiltərənin “Kanal 4” teıeviziyasına danışan Lavrov hazırda dünyanın Qərbdənsonra nizamında olduğunu düşündüyünü deyib:

“Bu tarixi dövrdür. Kollektiv Qərbin 500 illik hegemonluğundan sonra yeni siyasi, maliyyə və iqtisadi güc mərkəzlərinin gerçəyinə uyğunlaşması çox da asan deyil”.

O, yeni güc mərkəzlərinnin Çin, Hindistan, Braziliya kimi ölkələr olduğunu vurğulayıb:

“İqtisadi və maliyyə cəhətdən güclü olan belə ölkələri nəzarət altında saxlaya bilməzsiniz. Dünya ticarətindəki rollarını gözardı edə bilməzsiniz”.

Lavrov Avrropa İttifaqının hər hansı dünya nizamını əsl ünsürlərindən biri olduğunu deyib və bunları əlavə edib:

“Ancaq Aİ-nin ABŞ-a sadiq qalmaq ilə öz-özünə kifayət edən bir toplum halına gəlməsi arasında seçim etməsi lazımdır”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm