.jpg)
Şimali İraqda PKK terror təşkilatına qarşı əməliyyatlara ara verməyən “Mehmetçik” sərhədlərinin terrordan təmizlənməsində önəmli addım atıb.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri Türkiyə-İran-İraq üçbucağında yerləşən Zaqros dağlarını mühasirəyə alıb.
Əməliyyata Xüsusi Qüvvələr Komandirliyinə bağlı “Bordo bereli” xüsusi təyinatlıları da qatılıb. Qeyd edək ki, Zaqros dağları PKK-nın Şimali İraqda əsas sığınacaqlarından sayılır.
Ömər Dağlı