Türkiyədə seçkilərin YEKUN NƏTİCƏLƏRİ açıqlandı
Bizi izləyin

Region

Türkiyədə seçkilərin YEKUN NƏTİCƏLƏRİ açıqlandı

Türkiyənin Mərkəzi Seçki Komissiyası iyunun 24-də keçirilən növbədənkənar prezident və parlament seçkilərinin yekun nəticələrini elan edib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, prezident seçkilərinin qalibi 52,59 faiz səslə Rəcəb Tayyib Ərdoğan olub.

Onun əsas rəqibi Muharrem İnce 30,64 faiz, Selahattin Demirtaş - 8,40 faiz, Meral Akşener - 7,29 faiz, Temel Karamollaoğlu 0,89 faiz, Doğu Perinçek 0,20 faiz səs toplayıb.

Parlament seçkilərində isə 42,56 faiz səslə hakim Ədalət və İnkişaf Partiyası (AKP) qalib gələrək 600 deputat mandatından 295-nə sahib olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm