Süleymanidən "Böyük qardaşına" MƏKTUB: "Hər zaman əmrinizdəyəm"
Bizi izləyin

Region

Süleymanidən "Böyük qardaşına" MƏKTUB: "Hər zaman əmrinizdəyəm"

"ABŞ tərəfindən İranın neft hasilatının qarşısı alınarsa, bu, regionun digər ölkələrinin də neft hasilatına təsir edəcək".

Publika.az xəbər verir ki, bu sözləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələri komandanı, general Qasım Süleymani özünün "Böyük qardaş" kimi xitab etdiyi Prezident Həsən Ruhaniyə göndərdiyi məktubunda qeyd edib.

Məktubda İranın milli mənafeyinin qorunması istiqamətində görüləcək bütün tədbirlərə hazır olduğunu qeyd edən Süleymani prezidentə təriflər yağdırıb: "İsveçrə səfəri zamanı bəyan etdikləriniz və eləcə də İranın taleyini həll edəcək qərarlarda əzmli olduğunuz üçün sizə minnətdaram. Bu, Ruhaniyə yaraşan açıqlama idi. Mən hər zaman əmrinizdəyəm”.

Xatırladaq ki, H.Ruhaninin İsveçrə səfəri zamanı ABŞ-ın İranın neft hasilatını tamamilə dayandırmaq istəyinin heç vaxt mümkün olmayacağını bildirib.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm