• USD 1,7000 0,00% EUR 1,8991 +0,26%
    • GBP 2,2877 +1,78% RUB 0,0271 +0,74%

Məhərrəm İncə Atatürkü misal gətirib MEYDAN OXUDU: "Məğlub olduğunu bilməyən..."

  • Region
  • 5 İyul 2018 10:22
  • 628 Baxış
Məhərrəm İncə Atatürkü misal gətirib MEYDAN OXUDU: "Məğlub olduğunu bilməyən..."

Türkiyənin prezidentliyə ən real namizədlərindən biri kimi dəyərləndirilən Məhərrəm İncə qalmaqallı açıqlama verib.

Publika.az xəbər verir ki, M.İncə məğlub olduqdan sonra geri çəkilməyən Osmanlı imperatorluğu kimi deyil, məğlubiyyətdən sonra geri çəkilən Atatürk kimi davranacağını deyib.

“Osmanlının ilk torpaq itirməsi 1699-cu ildədir. Bizim atalarımız 223 il daima itirdi. 1699-cu il “Karlofca” razılşamasından sonra başlandı. 1922-ci il Böyük Hücuma qədər davam etdi. 223 il niyə itirdiyini bilirsinizmi? Çünki Osmanlı generalları geri çəkilməyi bilmirdi. Mustafa Kamal Paşa isə “Kütahya” döyüşündə məğlub oldu. Əskişəhərdə məğlub oldu. Sonra ordusunu Sakaryaya çəkdi. Əlindəki gücünü ölçdü. Hazırlıqlarını etdi və 1922-ci ildə Böyük Hücumu başlatdı. 30 avqustda qalib oldu. Heç bir bəhanə gətirməyə gərək yoxdur. Biz bu seçkilərdə məğlub olduq. Məğlub olduğunu qəbul edə bilməyən məğlub edə bilməz”.

Zümrüd

Xəbər lenti

DAHA ÇOX XƏBƏR