İranda 8 İŞİD üzvü edam olundu
Bizi izləyin

Region

İranda 8 İŞİD üzvü edam olundu

İranda ötən il törədilmiş terror aktlarında təqsirli bilinmiş 8 nəfər edam edilib.

Edam olunanlar İŞİD terror təşkilatının üzvləri olublar.

Qeyd edək ki, onlar barəsində ölüm hökmü bu ilin may ayında verilmişdi. İranın Ali Məhkəməsi iyunda ölüm hökmünü təsdiq etmişdi. Edamın necə həyata keçirildiyi barədə məlumat verilmir.

Xatırladaq ki, 2017-ci il iyunun 7-də Tehranda İran Parlamentinin binasına və Xomeyninin məqbərəsinə silahlı hücumlar olmuşdu. Terror aktları nəticəsində 20 nəfər həlak olmuş, onlarla şəxs yaralanmışdı. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm