Baxçalının əlinin öpülməsi Türkiyədə QALMAQAL YARATDI
Bizi izləyin

Region

Baxçalının əlinin öpülməsi Türkiyədə QALMAQAL YARATDI

Türkiyənin Böyük Millət Məclisində (TBMM) andiçmə mərasimində İYİ Partiyasından olan bəzi millət vəkillərinin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının əlini öpməsi İYİ-nin başçısı Meral Akşener tərəfindən qəzəblə qarşılanıb.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Akşener millət vəkillərindən partiyanın prinsiplərinə riayət etməyi tələb edib.

“Mən siyasi nəzakəti yaxşı bilirəm. Ancaq bu, siyasi nəzakət deyil. Partiyamıza FETÖ-çü deyən, hətta partiya sədrinin namusuna belə söz deyənlərə hörmət göstərmək siyasi nəzakət deyil. Prinsiplərimizə riayət edənlər bizimlə ola bilər. Riayət edə bilməyənlər dərhal İYİ Partiyasını tərk etsinlər”, - o deyib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm