Türkiyə Ərdoğanın Bakı səfərini manşetlərə BELƏ DAŞIDI: "Əfsanəvi prezidentin qəbrini ziyarət etdi"
Bizi izləyin

Region

Türkiyə Ərdoğanın Bakı səfərini manşetlərə BELƏ DAŞIDI: "Əfsanəvi prezidentin qəbrini ziyarət etdi"

Türkiyə mətbuatı prezident Rəcəb Tayyib Ərdoğanın andiçmədən sonra ilk rəsmi səfərinin Azərbaycana olması ilə bağlı xəbərləri ətraflı şəkildə işıqlandırıb.

Publika.az xəbər verir ki, prezidetin Azərbaycan səfəri “Ərdoğanın yeni sistemdəki ilk işi əfsanəvi prezidentin qəbrini ziyarət etmək oldu” başlıqları ilə dərc edilib.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında ənənəyə sadiq qalaraq inaqurasiya məraisimindən sonra ilk səfərini Azərbaycana edib. Onu Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin birinci müavini Xələf Xələfov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral qarşılayıb.

Ərdoğan Bakıda ilk iş olaraq onu müşayiət edən heyətlə birgə Azərbaycanın ümumilli lideri Heydər Əliyevin məzarını ziyarət edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm