Gündəmi sarsıdan İDDİA - Putin Netanyahu ilə GİZLİ RAZILAŞDI
Bizi izləyin

Region

Gündəmi sarsıdan İDDİA - Putin Netanyahu ilə GİZLİ RAZILAŞDI

Rusiya ilə İsrail arasında Suriyaya dair gizli razılaşma əldə edilib.

Publika.az xəbər verir ki, bu barədə İsrailin “Haaretz” qəzeti məlumat yayıb.

Razılaşmaya görə, Rusiya Suriyada İranın təsirini azaldacaq, İsrail isə buna qarşılıq olaraq Bəşər Əsəd rejimini hədəf almaqdan vaz keçəcək.

Dünən Moskvada İsrailin baş naziri Binyamin Netanyahu ilə bir araya gələn Rusiya prezidenti Vladimir Putin görüşlə bağlı “Ümumi olaraq ikili münasibətlər müsbət istiqamətdə irəliləyir. Bu durum, eyni zamanda, siyasi münasibətlərə də aiddir. Hərbi münasibətlər müsbət yöndə inkişaf edir” açıqlamasını verib.

Kremldən verilən açıqlamada da Putinin fikirləri təsdiqlənib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm