Bu gün Fətullah Gülənin taleyi həll olunacaq
Bizi izləyin

Region

Bu gün Fətullah Gülənin taleyi həll olunacaq

Türkiyə ilə ABŞ rəsmiləri bu gün Ankarada Xarici İşlər Nazirliyində bir araya gələcək.

Publika.az xəbər verir ki, görüşdə FETÖ terror təşkilatının rəhbəri, Türkiyədə dövlət çevrilişinə cəhd göstərmiş Fətullah Gülənin ekstradisiyası məsələsinin ilkin müzakirələri aparılacaq.

Həmçinin, FETÖ terror təşkilatı ilə mübarizə, iki ölkə arasında ədliyyə sahəsində əməkdaşlıq və hər iki ölkədə həbs edilən Türkiyə və ABŞ vətəndaşlarının taleyi masaya yatırılacaq.

Toplantıda Türkiyə ilə ABŞ-ın Ədliyyə, Daxili və Xarici İşlər nazirliklərinin səlahiyyətli nümayəndələrinin iştirakı gözlənilir.

Qeyd edək ki, toplantının keçirilməsi ABŞ-ın keçmiş dövlət katibi Reks Tillersonun 16 fevral tarixində Türkiyəyə səfəri zamanı görüş ayrılıqlarını ortadan qaldırmaq, qarşılıqlı güvənin yenidən təmin edilməsi məqsədilə qərara alınmışdı. Bu çərçivədə təşkil edilən 3 işçi qrupundan birinin fəaliyyətini FETÖ, konsulluq, viza, hüquqi mövzular və ABŞ-ın Türkiyədə həbs edilən vətəndaşların taleyi əhatə edir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm