Tramp Türkiyə ilə bağlı təlimat verdi - ABŞ-dan GERİ ADDIM
Bizi izləyin

Region

Tramp Türkiyə ilə bağlı təlimat verdi - ABŞ-dan GERİ ADDIM

ABŞ prezidenti Donald Tramp NATO-nun Brüssel sammitində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana “F-35” qırıcıları mövzusunda təminat verib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Türkiyə prezidenti Brüsseldən qayıdan zaman təyyarədə jurnalistlərə açıqlamasında bildirib.

“F- 35”-lər üçün son kreditlə birlikdə 900 milyon dolları ödəmiş olacağıq. Biz artıq 800 milyon dollar ödəmişik. Bir neçə gün ərzində 100 milyon dollar ödəniləcək. Cənab Trump müqavilənin tam olaraq icra ediləcəyini söylədi. “Mövzu ilə əlaqədar lazımı təlimatlar verdim” dedi. Ağ Ev Konqresə məktub göndərərək embarqoya qarşı olduğunu bildirib”, - Ərdoğan söyləyib.

Ərdoğan Trampla görüşdə Münbiç məsələsinin də müzakirə olunduğunu vurğulayıb. Münbiç razılaşmasının hazırda planlaşdırıldığı kimi icra olunduğunu deyən Türkiyə prezientinin sözlərinə görə, əsas hədəf ABŞ-ın PYD və YPG ilə bütün əlaqəsini kəsməsidir.

“Hazırda elə bir görüntü yoxdur. Münbiç mövzusunda hazırda gündəmdə olan məsələ PYD və YPG-nin Fəratın şərqinə geçməsi və 90 faizi ərəblərdən ibarət olan Münbiçin əsl sahiblərinə verilməsidir”, - dövlət başçısı əlavə edib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm