Ərdoğan: "Çevriliş cəhdi Türkiyə üçün faydalı oldu"
Bizi izləyin

Region

Ərdoğan: "Çevriliş cəhdi Türkiyə üçün faydalı oldu"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "15 iyul" dövlət çevrilişinə cəhdin "Demokratiya və Milli Birlik Günü" kimi qeyd edilməsinin ikinci ilinə aid açıqlamalar verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident 15 iyul hadisələrini milli iradə və demokratiyanın qələbəsi kimi gördüyünü və ölkənin dörd bir yanında yaşayan türkləri bu qələbə münasibətilə təbrik etdiyini deyib:

"Qəhrəmanlıq və mübarizlikləri ilə bir daha tarix yazan şəhidlərimizin ruhunu rəhmətlə yad edirik. Vətənimizin mənfəəti və millətimizin müstəqilliyi uğrunda o gecə xainlərə meydan oxuyan hər kəsə minnətdarlığımı bildirirəm. Çevrilişə cəhd edən şəxslərin silah görəndə küçəyə çıxmayacaqlarını zənn etdiyi xalqımız, analarımız, bacılarımız, qardaşlarımız, o gecə gənc-yaşlı, qadın-kişi demədən bütün ölkə əhalisi millət olaraq küçələrə axışıb müqavimət göstərdi. Türkiyə 15 iyul hadisələrində çox şəhid verdi. Amma eyni zamanda, bütün dünyada demokratiyanın şərəf və ləyaqətini də xilas etdi".

R.T.Ərdoğan son olaraq 15 iyul dövlət çevrilişinə cəhd hadisələrini sonrakı dövrlərdə Türkiyə üçün faydalı olduğunu da dilə gətirib. O qeyd edib ki, baş verənlərin hər biri Türkiyədə demokratiyanın güclənməsinə vəsilə oldu.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm