Türkiyə SSRİ-nin silahlarını əldə etmək istəyir - Ekspert
Bizi izləyin

Region

Türkiyə SSRİ-nin silahlarını əldə etmək istəyir - Ekspert

Türkiyə SSRİ-də modernləşdirilmiş hərbi texnikaları almaq niyyətindədir.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert Vladimir Yazıkov Türkiyə və Ukraynanın AN-188 təyyarəsinin ortaq istehsalı ilə bağlı danışıqlarına münasibət bildirərkən deyib.

“Ukrayna SSRİ-dən çıxarkən hansı hərbi miraslarının olduğuna diqqət edək. Orada 3 hərbi zona var idi: Odessa, Kiyev, Zakarpatya. Orada nəhəng silah anbarları var idi. Ukrayna dizel mühərrikləri, raket, təyyarələr istehsal edirdi. Texniki baxımdan inkişaf etmiş ölkə idi. İndi isə əlində olduqca az vasitələr qalıb. AN-188 təyyarəsi də SSRİ istehsalı AN-70-in əsasında yaradılıb. Ukraynanın bununla bağlı əlində sənədlər qalıb. Türkiyə məmnuniyyətlə bu sənədlərdən yaralanacaq”, - deyə ekspert bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm