Mixaylov İrəvanı hədələdi: Paşinyan bu addımı atarsa...
Bizi izləyin

Region

Mixaylov İrəvanı hədələdi: Paşinyan bu addımı atarsa...

Ermənistanın Dağlı Qarabağ konfliktinin nizamlanması ilə bağlı danışıqlara başlamaq niyyəti yoxdur.

Axar.az xəbər verir ki, bu barədə rusiyalı politoloq, beynəlxalq məsələlər üzrə ekspert Yevgeni Mixaylov “Azərnyus” (Azernews) saytına açıqlamasında deyib. O bildirib ki, Dağlıq Qarabağ konflikti üzrə danışıqlar prosesinin irəliləməsi üçün hər şeydən öncə tərəflər danışıqlara hazır olmalıdırlar:

“Ancaq mən hazırda erməni tərəfində belə bir istək müşahidə etmirəm”.

Mixaylov bildirib ki, konfliktin tənzimlənmasında qarant ölkələri dəyişmək artıq zərurətə çevrilib.

“Bu 3 ölkə (Minsk Qrupunun həmsədrləri nəzərdə tutulur) hər zaman sülh üçün münasib hesab edilib. Ancaq məncə, qarant ölkələri əvəzləmək, formatı dəyişmək lazımdır. Məsələn, bu məsələdə heç bir xeyiri olmayan ABŞ və Fransanı prosesdən uzaqlaşdırmaq gərəkdir. Əslində, regionda sülhün təminatçısı Rusiya, həmçinin Türkiyə və İrandır. Məhz bu ölkələr Bakı və İrəvan arasında diplomatik konsensusun əldə olunmasına kömək etməlidir”, - Mixaylov deyib.

Mixaylov həmçinin Ermənistanın hazırkı xarici siyasət kursuna da toxunub. O bildirib ki, İrəvanın Qərbə tam istiqamət götürməsi fonunda Moskva Ermənistanın təhlükəsizliyinə təminat verməyəcək:

“Əgər İrəvan rus qoçunlarının ölkədən çıxarılmasında təkid etsə, onda Moskva kardinal siyasi qərar qəbul edəcək. Mən bütövlükdə Kremlin Cənubi Qafqaz siyasətinin dəyişməsini nəzərdə tuturam. Bu, hər şeydən əvvəl Ermənistanın düşmən saydığı ölkələrlə mümkün hərbi-siyasi yaxınlaşmanı aktuallaşdıracaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm